Haqqımızda

Fəaliyət göstərdiyimiz illər ərzində şirkətimiz hər növ xidmət üzrə zəngin peşəkar biliklər və təcrübə əldə etmişdir ki, bu da bizə öz müştərilərimizə geniş çeşidli xidmətlər təklif etməyə imkan yaradır.

Xidmətlərimiz

01.
İP- TELEFONİYA VƏ ÇAĞRI MƏRKƏZİ

İP-telefoniya həm geniş miqyaslı şəbəkələrə malik olan korporasiyalar, həm də kiçik müəssisələr və onların uzaqda yaxud yaxında olan filialları və ofisləri üçün böyük əhəmiyyət kəsb edir. Çünki İP-telefoniya kompüterin, telefonun vahid bir informasiya məkanına çevrilməsinə xidmət edir.Hottech olaraq təklif etdiyimiz müasir qurğular və cihazlar sayəsində, eyni vaxtda onlarla nəfərdən minlərlə nəfərə qədər istifadəçi şəbəkədə ola bilir. Nəticədə şirkət və müəssisələrin biznes-proseslərinin effektivliyi və performansı artır.

02.
KƏSİNTİSİZ ELEKTRİK MƏNBƏLƏRİ HƏLLƏRİ​

Şirkətin, təşkilatın yaxud dövlət qurumlarının bir neçə filialı arasında keyfiyyətli video bağlantı, xarici ölkələrdən olan tərəfdaşlarla video danışıqlar və müzakirələr, vebinarlar, video dərslərin keçirilməsi və digər istiqamətlər üçün müasir video konfrans sistemləri istifadə edilir.

03.
KONFRANS VƏ TƏDBİRLƏR ÜÇÜN HƏLLƏR​

Hottech daha effektiv və səmərəli ünsiyyətin qurulması üçün rəhbərliyin iclas zalı, konfrans zalları, sinxron tərcümə zalları, tədris auditoriyaları və toplantı otaqları, idman və konsert zalları üçün audio/vizual/nəzarət həllərinin tərtib edilməsində və quraşdırılmasında zəngin təcrübəyə malikdir.

04.
İNTERAKTİV SƏSLİ XƏBƏRDARLIQ SİSTEMLƏRİ

Biznes və ticarət mərkəzlərində, yaşayış binalarında, istehsalat müəssisələrində və sahələrində, dəniz və hava limanlarında, vağzallarda, zavod və fabriklərdə, idman və konsert zallarında anında kütləvi səsli elan yaxud xəbərdarlıq göndərmək artıq çox asandır. Lakin bu səsləndirilən mesajınızın effektiv olması üçün səs keyfiyyətli və aydın olmalı və fövqəladə hallarda sistemin avtomatik işi təmin olunmalıdır.

Məqsədimiz

Bizim başlıca məqsədimiz – təşkilatlarda biznes proseslərin stabilliyini, təhlükəsizliyini təmin edən və effektivliyini artıran faydalı xidmətlər göstərməkdir.

Əməkdaşlarımız

Şirkətdə öz işini bilən peşəkarlar çalışır və iş, müştərilərə yüksək xidmət göstərilməsi üçün dəqiqliklə bölüşdürülmüşdür. Əməkdaşların seçimi bir çox peşəkar və mənəvi xüsusiyyətlərə görə aparılmışdır ki, bu da təşkilati cəhətdən möhkəm komanda yaratmağa imkan vermişdir.. 

Dəstək?

İT infrastrukturunuz üçün daim texniki dəstək problemləri ilə qarşılaşırsınız? Bu cür dəstəyi bu sahədə ixtisaslaşmış peşəkar komanda təmin etməlidir. Hottech-in sizə fərdiləşdirilmiş texniki dəstək xidməti təqdim etməsinə icazə verin.

Shopping Cart